Vaalbara - Eramızdan 3,6-2,8 milyard il əvvəl Yer kürəsində mövcud olmuş ilk hipotik qitədir. Bu qitənin adı Cənubi Afrikanın "Kaapvaal" və Qərbi Avstraliyanın "Pilbara" kratonlarının sonuncu hecalarının birləşməsindən götürülüb. Vaalbara qitəsinin yarandığı dövrdə heyvanlar aləmi olmasa da, həyat və bitki aləmi yaranmışdı.